Koronavirus pandemiyası ilə əlaqədar bu ilin mart ayında olduğu kimi, aprel ayında da Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda əcnəbi işçilərin sayı - 10%-DƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə "İxrac İcmalı"nın 2020-ci ilin may sayının onlayn təqdimatında deyib.
Onun sözlərinə görə, bu ilin aprel ayında ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 19,7 mln. manat təşkil edib: "Ümumilikdə, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 231,7 mln. manat təşkil edib".
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aparılan əməliyyatların həcmi 38,8% azalıb.
Apa