Azərbaycanın ən böyük dövlət şirkətlərindən olan «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC Avropa Bankından 60 milyon dollarlıq yeni kredit alacaq.
FED.az xəbər verir ki, bu barədə Avropa Yenidənqqurma və İnkişaf Bankı (AYİB) məlumat yayıb.
Avropa Bankı ASCO-ya 100 milyon avrodan çox kredit - TƏKLİF EDİB
Məlumata görə, Azərbaycanın dövlət şirkətinə 60 milyon dollar kredit ayrılması nəzərdə tutulur, bununla bağlı bank rəhbərliyinin təsdiqi aprelin 26-da planlaşdırılır.
Xatırladaq ki, Xəzər Dəniz Gəmiçiliyi öz fəaliyyətini genişləndirmək, həm Xəzər, həm də kənar dənizlərdə donanmanı gücləndirmək və daşımalar bazarında aktivləşmək niyyətindədir.
Bunun üçün tələb olunan vəsaitlərin bir hissəsi Avropa Bankından alınır. Gəmiçilik bu planları reallaşdırmaq üçün dollar istiqrazı da buraxıb və bu üsulla 100 milyon dolların cəlb edilməsi gözlənilir.
Avropa Bankı isə Gəmiçiliyə 60 milyon dollar kredit ayıracaq.
Bankın açıqladığı məlumatda bildirilir ki, bu kredit «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-yə ("ASCO") beynəlxalq genişləndirmə strategiyasının bir hissəsi kimi gəmilərin alınmasını dəstəkləmək üçün ayrılır.
«Bu Layihə Şirkətə Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqəni və ticarət əlaqələrini gücləndirməyə kömək edəcək»-dey AYİB-in açıqlamasında bildirilir.
Layihə Şirkətin daşıma çəki yükünü artırmaq və marşrut istiqamətlərinin çevikliyini təkmilləşdirmək üçün əlavə gəmilərin alınması vasitəsilə “Rəqabətli” keçid keyfiyyətini təşviq edəcək. Layihə həmçinin Şirkətin qeyri-Xəzər donanması gəlirlərini genişləndirməklə və Orta Dəhliz üzrə daşımaları asanlaşdırmaqla “İnteqrasiya edilmiş” məqsədi dəstəkləyəcək.