Amerikanın “Morgan Stanley” bankının investisiya fondu Moskvadakı “Metropolis” ticarət mərkəzinin satışı ilə bağlı danışıqlar aparır, bu barədə “Bloomberg” yazıb. 2013-cü ildə amerikalılar tərəfindən ticarət mərkəzinin alışı Rusiya kommersiya daşınmaz əmlak bazarı tarixində ən böyük əməliyyat olub.
Eləcə də bax: Türkiyənin ən böyük bankı «Mir» kartları ilə əməliyyatı - DAYANDIRDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, agentliyin həmsöhbətləri vurğulayıblar ki, danışıqlar gələ ilkin mərhələdədir və sövdələşmənin başa çatacağına əminlik yoxdur. “Morgan Stanley”nin daşınmaz əmlak investisiya fondu olan “Morgan Stanley Real Estate Investing” 2013-cü ildə “Metropolis”i alıb. Müxtəlif mənbələrə görə, sövdələşmənin dəyəri təxminən 1.2 milyard dollar olub.
“Metropolis” ticarət mərkəzi 2009-cu ildə Moskvanın şimal-qərbində açılıb. Onun sahəsi 205 min km2 təşkil edir. Qeyd edək ki, “Metropolis” “Morgan Stanley”nin Rusiyadakı ikinci premium obyekti sayılır.