Dünya Qızıl Şurası 2022-ci ildə qızılın necə performans göstərəcəyi ilə bağlı proqnozlarını paylaşıb.
Eləcə də bax: Azərbaycan qızıl və gümüş hasilatını - ARTIRIB
FED.az xəbər verir ki, portfel kompozisiyalarında struktur dəyişikliyi ilə qızıla tələbin artacağını düşünən Şura, faiz dərəcələrinin gözləniləndən daha sürətli artırılmasının qızıl qiymətlərinə təzyiq göstərəcəyini də ifadə edib.
Ümumdünya Qızıl Şurası pandemiyanın yaratdığı pul siyasəti, təchizat zənciri problemləri və əmək bazarının təsirləri səbəbindən inflyasiyanın yüksək səviyyədə qalacağını proqnozlaşdırır.
Qızıl qiymətlərinin istehlakçıların və mərkəzi bankların tələbindən dəstək görə biləcəyini qeyd edən Dünya Qızıl Şurası, bu iki amilin uzunmüddətli perspektivdə qızıl qiymətlərinə yüksələn təsir göstərdiyini vurğulayıb.
Faiz dərəcələrində gözləniləndən daha sürətli artımın qızıl qiymətlərinə aşağı istiqamətdə təzyiq edəcəyini qeyd edən təşkilat, nominal və real faiz dərəcələrinin tarixən çox aşağı qalmağa davam edəcəyini və bunun qızıl kimi daha likvid aktivlərə olan tələbi artıra biləcəyini bildirib. (Marja)