Maliyyə

Dünya Bankı Azərbaycan üzrə növbəti layihəni - Təsdiqləyəcək

Dünya Bankı Azərbaycan üzrə növbəti layihəni - Təsdiqləyəcək | FED.az
17:09 5 May 2021

Dünya Bankının Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək üçün hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihəsi bankın Direktorlar Şurası tərəfindən sentyabrın 6-da təsdiqlənəcəyi gözlənilir.

Eləcə də bax: Dünya Bankı Azərbaycan üçün müəyyən etdiyi kredit limitini - Artıra Bilər

FED.az xəbər verir ki, Dünya Bankından verilən məlumata görə, layihənin investisiya məqsədli olmayacağı və analitik kömək məqsədini daşıyacağı gözlənilir. Sözügedən layihənin dəyəri 95 mln. ABŞ dollar göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir.

Qeyd edək ki, bundan başqa, Dünya Bankının hazırda ölkədə daha üç təsdiqlənməyən layihəsi hazırlıq mərhələsindədir. Bunlar bank tərəfindən 65 mln. dolların ayrılacağı və mayın 20-si təsdiqlənəcək "Regional əlaqələr və inkişaf" layihəsi (Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması), ölkədə dəmir yolları və yükdaşıma logistikasının təkmilləşdirilməsinə yönələn və bank tərəfindən 400 mln. dolların ayrılacağı "Azerbaijan Railways & Logistics Modernization Program" layihəsi və 117 mln. dollar məbləğində olan (bank tərəfindən ayrılacaq indikativ məbləğ) ölkənin seçilmiş regionlarında tullantıların idarə olunması xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlmiş "National Solid Waste Management Project" layihəsidir.

Xatırladaq ki, hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 9 layihə üzrə 738,3 mln. dollar təşkil edir. Qalan 62 layihə artıq yekunlaşıb və onlar üzrə bank Azərbaycana 3,4 mlrd. dollar ayırıb. Bundan əlavə, Dünya Bankının indiyədək ölkədə 12 layihəsi təsdiqlənməyərək dayandırılıb. Sözügedən layihələr üzrə bank tərəfindən ölkəyə 1,06 mlrd. dollar vəsaitin ayrılması nəzər tutulurdu. Bu layihələrin çoxu su infrastrukturu, sanitariya, tullantıların idarə olunması sahələrində olub (4 layihə) və bank tərəfindən 100,5 mln. dollar ayrılacağı gözlənilirdi.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 71 layihə üzrə 4,15 mlrd. ABŞ dolları məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb. (Apa)

Banner

Digər xəbərlər