Dünya Bankı (DB) 2021-ci il ərzində yeni avtomobil yolu layihəsinin reallaşdırılmasına $65-70 milyon məbləğində kredit ayıra bilər.
Eləcə də bax: Dünya Bankı Azərbaycan üzrə xüsusi - Araşdırmalar Hazırlayacaq
FED.az xəbər verir ki, bu barədə DB-dən məlumat verilib.
“Kreditin “Avtomobil yollarının reabilitasiyası və iqtisadi imkanların yaradılması” layihəsi çərçivəsində qyrılması planlaşdırılır. Kreditin ümumi məbləği $65-70 milyon təşkil edəcək. Kredit resursların əksər hissəsini Salyan-Biləsuvar avtomobil yolunun bərpasına yönəltmək planlaşdırılır. Bundan başqa, kredit vəsaitinin bir hissəsinin avtomobil yolunun keçdiyi regionun iqtisadi imkanlarının inkişafına sərf etmək planlaşdırılır”, - bankdan qeyd ediblər.
DB-dən məlumat verilib ki, 2021-ci il ərzində kreditin təsdiq olunması gözlənilir. “Martın sonuna qədər layihənin əsas konturlarını müəyyən etmək planlaşdırılır”, - bankdan əlavə ediblər.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb. (İnterfaks)