Dünya Bankı Azərbaycan üzrə xüsusi iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə video-konfrans formatda görüşü zamanı bildirilib.
Görüşdə araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb və qeyd olunub ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (“Country Economic Memorandum” – CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (“Financial Sector Assessment Program” – FSAP) və Sistematik Ölkə Diaqnostikası (“Systematic Country Diagnostic” – SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.
Tərəflər qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. (Apa)