2050-ci ildə Azərbaycanda adambaşına düşən ÜDM $10 mini ötə bilər. Dünya Bankının (DB) analitikləri belə hesab edirlər.
Dünya Bankı: "Azərbaycan yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb"
FED.az xəbər verir ki, “Azərbaycanda ÜDM-in orta illik artımı müəyyən islahatlar həyata keçiriləcəyi halda 2024-2050-ci illərdə 1,7% təşkil edə bilər. Bu halda adambaşına ÜDM 2050-ci ildə $10,25 minə çata bilər”, - deyə DB-nin hesabatında qeyd olunur.
Bildirilir ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır.
DB hesab edir ki, struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.
2020-ci ilin yekunları üzrə Azərbaycanda adambaşına ÜDM $5,9 min, 10 ay ərzində $6,5 min təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 3-4% təşkil edəcək. (İnterfaks-Azərbaycan)