30 il ərzində Azərbaycan nəzərəçarpan iqtisadi inkişafa nail olub, aşağı gəlirli ölkədən yuxarı orta gəlirli ölkə səviyyəsinə çatıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozlarını - ARTIRIB
FED.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla da Azərbaycan beynəlxalq donorlar qrupuna qatılıb.
"İqlim dəyişikliyi dünyanın istənilən ölkəsinə, həmçinin Azərbaycana mənfi təsir göstərir. "Yaşıl keçid" ölkələr üçün geniş imkanlar açır. Bu ənənəvi enerjidən irəli gələn artım modellərindən yeni modelə keçməyə imkan verir. Dünya Bankı olaraq inanırıq ki, Azərbaycan "yaşıl keçid" çərçivəsində qlobal liderə çevrilə bilər", - deyə S. Maykl vurğulayıb. (Apa)