2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 675,2 milyon manat, xərcləri isə 6 milyard 80,6 milyon manat təşkil edib.
DSMF investisiya fəaliyyətinə başlayıb
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,5 % və 15,8 % çoxdur.
Ötən il DSMF-nin gəlirlərinin əsas hissəsini - 77,9 %-ni və yaxud 5 milyard 197,7 milyon manatını məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmaları xərclərinin isə əsas hissəsini - 94,2 %-ni və yaxud 5 milyard 725,3 milyon manatı pensiya xərcləri təşkil edib. Bunlar isə əvvəlki il nisbətən müvafiq olaraq 13,3 % və 15,8% çoxdur.