2023-cü ildə DSMF tərəfindən cəmi 5 aydan çox bir müddət ərzində 1 milyard 50 milyon manat investisiya həyata keçirilib. Bu göstəricinin 52.5 mln manatı banklarda yerləşdirilən depozitlərə, 997.5 milyon manatı isə qiymətli kağızlara investisiya edilib.
DSMF-nin sədri: "Pensiyalar 10,8 faiz indeksləşdiriləcək"
FED.az xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.
İnvestisiyalardan 6-7% nominal gəlirlilik olmuşdur, ortak gəlirlilik əmsalı isə 8%-in üzərindədir.
DSMF investisiya xidmətlərini göstərmək üçün ABB bankı seçilib. Bu seçim dövlət satınalmaları vasitəsilə keçirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.