2024-cü ilin aprel ayında Azərbaycanda pul bazası 400,5 milyon manat azalıb.
AMB sədri: "Ticari əməliyyatlar balansı ilə bağlı proqnozlarımız nikbindir"
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 30.04.2024-cü il tarixində pul bazası 19 milyard 995,9 milyon manat təşkil edib.
29.03.2024-cü il tarixində pul bazası 20 milyard 396,4 milyon manata çatmışdı.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (milyon manatla)
30.04.2024 19995.9
29.03.2024 20396.4
29.02.2024 20131.8
31.01.2024 20271.1
30.12.2023 20875.2