Ticari əməliyyatlar balansı ilə bağlı proqnozlarımız nikbindir.
Gömrük statistikasına əsasən 1-ci rübün nəticələrinə baxdıqda ticarət balansımız 2.3 mlrd ABŞ dolları təşkil edir.
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, 2024-cü ilin sonundan ticari əməliyyatlar balansının 7 mlrd ABŞ dolları olacağı proqnozlaşdırılır, 2025-ci ildə isə 6,5 mlrd ABŞ dolları ətrafında olacağı gözlənilir.