Azərbaycanda 2022-ci ildə banklardan istehlak kreditləri götürən şəxslərin 48%-i dövlət sektorunda çalışanlardır.
Azərbaycanda mikro sahibkarların borclanma səviyyəsi - Daha Sürətlə Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.
Dövlət sektorunda çalışan işçilərin banklardan əldə etdiyi istehlak kreditlərinin həcmi 2 milyard 762 milyon manat təşkil edib.
Bu illik müqayisədə 457 milyon manat və ya 20% artımdır.
2021-ci ildə dövlət sektorunda çalışan istehlak krediti götürənlərin payı 51% təşkil edirdi.
Xatırladaq ki, 1 yanvar 2023-cü il tarixinə istehlak kreditlərin həcmi 5 mlrd. 754 mln. manat (2021: 4 mlrd. 519 mln. manat) olub.