Dövlətin 100% payı olduğu “Suraxanı Maşınqayırma Zavodu” ASC-dən dövlət büdcəsinə 2020-2021-ci illərdə 151 min manat dividend ödəyib.
Dövlətin payı olan 133 şirkətdən cəmi 11-i dividend ödəyib - ZƏRƏR İLƏ İŞLƏYİRLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası bildirir.
Şirkət 2020-ci ildə 51 min manat və 2021-ci ildə isə 100 min manat dövlət büdcəsinə dividend ödəyib.
“Suraxanı maşınqayırma zavodu” ASC 2022-ci ilin maliyyə hesabatında xalis mənfəəti 2021-ci ilə nisbətən 32.5% artaraq 376.38 min manat təşkil edib. 2020-ci ildə zavodun xalis mənfəəti 352.44 min manat və 2021-ci ildə 284.08 min manat idi.
2023-cü il yanvar ayının 1-nə “Suraxanı maşınqayırma zavodu” ASC-nin cəmi kapitalı 5 milyon 51.5 min manat təşkil edib.
Qeyd edək ki, “Suraxanı Maşınqayırma Zavodu” əsasən neft quyuları üçün dərinlik nasosları, müxtəlif növ neft-mədən avadanlıqları və ehtiyat hissələri istehsal edir. Zavod 2001-ci ildə dövlət qeydiyyatına alınmış və 17 532 322 manat nizamnamə kapitalına malikdir. Kapitalda 100% payçısı dövlətdir.