Hökumətin dövlətə məxsus olan səhmdar cəmiyyətlərdən cari ildə əldə edəcəyi dividentlə bağlı ümidləri azalıb.
Azərbaycanın ən böyük bankı «sürət götürür» – BÖYÜK MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatındakı göstəriciyə əsasən bildirilir.
Qeyd edilir ki, dövlətin payı olduğu müəssələrdə alınan dividentlərin həcmi cəmi 106.5 milyon manat təşkil edəcək.
Bu isə 2021-ci ildəkindən 61.55 mln. manat, yaxud 37% azdır. Cari il üzrə hökumətin qanundakı proqnozu 168.05 milyon manatdır.
Dövlətin səhmi olduğu şirkətlərdən hazırda ən böyük mənfəət ödəyəni ABB-dir (Azərbaycan Beynəlxalq Bankı). Belə ki, cari ildə 168 milyon manatlıq dividentin 150 milyon manatı ABB-nin payına düşmüşdü.
- Divident (Dividends) Nədir?
2020-ci ilin dövlət büdcəsində ABB dövlət büdcəsinə dividend ödənməsi proqnozlaşdırılsa da, Bankın 2019-cu ildə kənar audit hesablamalarına əsasən 215.7 milyon manat xalis mənfəət əldə etməsi səbəbindən həmin məbləğdən 150 milyon manat vəsaitin dividend şəklində səhmdarlara verilməsinə qərar verilmişdi.
Dövlətin digər səhmdar cəmiyyətləri isə balanslarında böyük yığılmış zərər səbəbindən dövlət büdcəsinə divident ödəyə bilmirlər.
Məsələn, böyük səhmdar cəmiyyətlərdə elə böyük də zərərlər var. 1 yanvar 2021-ci il tarixinə “Azərsu” ASC-nin balansında 7 milyard 303 milyon manat, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də 5 milyard 829 milyon manat, “Azərişıq” ASC-də 382 milyon və “Bakı Metropoliteni” QSC-də 565 milyon manat, “Azəristiliktəchizat” ASC-də 88.55 milyon manatlıq yığılmış zərər olduğu halda, 1 yanvar 2020-ci il tarixində “Azərenerji” ASC-nin balansında 2 milyard 542 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC-də 1 milyard 696 milyon manatlıq və “Təmiz Şəhər” ASC-də 211.76 milyon manatlıq (193.98+17.78 ) yığılmış zərər olub.
Azərbaycanda hava nəqliyyatı nəhəngi AZAL isə maliyyə hesabatını illərdir açıqlamasa da ötən il mediaya onun 1 yanvar 2018-ci il tarixinə 1 milyard 434 milyon manatlıq yığılmış zərər etməsi sızmışdı.
Bununla belə, mənfəətdə işləyən səhmdar cəmiyyətlər də var. 1 yanvar 2021-ci il tarixinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 502 milyon manat və “AzerGold” QSC-nin 69 milyon və “Azər Türk Bank” ASC-də 4 milyondan çox bölüşdürülməmiş mənfəət var.
Hazırda isə dövlətin səhmdar cəmiyyətlərinin idarəedilməsi Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə verilib.
Bildirək ki, son yeddi ildə hökumətin bu müəssisələrdən divident gözləntisi belə idi:
- 2015-ci il – 0.61 mln. manat
- 2016-cı il – 5.29 mln. manat
- 2017-ci il – 5.95 mln. manat
- 2018-ci il – 3.18 mln. manat
- 2019-cu il – 3.92 mln. manat
- 2020-ci il – 2.78 mln. manat
- 2021-ci il – 168.05 mln. manat