2027-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə gözlənilən dividend daxilolmaları ilkin proqnozla müqayisədə 17 milyon manat və ya 2% artırılıb.
Azərbaycanda ilk dəfə: "Büdcəyə 40-dan çox dövlət şirkətindən dividend ödəniləcək" - 900 MİLYON MANAT
FED.az xəbər verir ki, Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bu mənbədən daxilolmalar 872 milyon manat nəzərdə tutulur.
Maliyyə Nazirliyinin 2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında isə həmin məbləğ 855 milyon manat proqnozlaşdırılmışdı.













