2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliyə əsasən, əməkhaqqının 8.000 manatadək olan hissəsindən vergi tutulmur. Bu güzəşt dövlət qulluqçularına da şamil edilirmi?
FED.az-ın məlumatına görə, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu sektorda əməkhaqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır.
ELƏCƏ DƏ BAX: Nağdsız hesablaşmada ticarətçilərə güzəştlər – BELƏ HESABLANACAQ
Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılıb. Əməkhaqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.
Beləliklə, hesablanmış əməkhaqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqından 51,8 manat (570 - 200 = 370 x 14% = 51,8 manat) vergi tutulacaq.
Dövlət qulluqçularının əməkhaqqından vergi – BELƏ TUTULACAQ
20:55
21 Yan 2019