2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və ya 65,4 milyon manat artaraq 861,7 milyon manat icra edilmişdir.
Eləcə də bax: Dövlət büdcəsindən əməkhaqqı ödənişi - Azalıb
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 896,1 milyon manat proqnoza qarşı 96,2 faiz və ya 34,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,2 faizini təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə mart ayında az, digər aylarda çox icra edilmişdir. (Marja)