2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin əməyin ödənişi xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 59,3 milyon manat azalaraq 1 milyard 733,1 milyon manat icra edilmişdir.
Eləcə də bax: Dövlət büdcəsinin 6 ayda gəlir və xərcləri - Açıqlanıb
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əməyin ödənişi xərcləri proqnoza nisbətən 8,1 faiz və ya 130,1 milyon manat artıq icra edilərək illik proqnozun 42,9 faizini təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında əməyin ödənişi xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və iyun aylarlnda az, mart, aprel may aylarında çox, fevral ayında isə eyni səviyyədə icra edilmişdir. (Marja)