Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhmlərinə ən çox yatırım etdiyi qlobal şirkətlər məlum olub.
Eləcə də bax: Dövlət Neft Fondundan büdcəyə transfert - 19% AZALIB
FED.az xəbər verir ki, bu ilin ilk yarısı üzrə Fondun listiqdəki səmhlərin dəyəri 5,9 milyard dollar təşkil edib.
Bildirilib ki, Fond dünyanın 26 ölkəsindən 1600-dən çox şirkətə 14 valyutada yatırım edib. Ən böyük yatırımlar isə beş qlobal şirkətlə bağlı olub.
ARDNF “Apple Inc”nin 3,7%(211 mln. dollar), “Microsoft”un 3%(173 mln. dollar), “Google”un 2,1%(121 mln. dollar), “Amazon”un 1,6%(92 mln. dollar) və “Nestle SA”nın 1,5% (86 mln. dollar) səhminə yatırım edib. (Apa)