2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3 106,0 milyon manat məbləğində nəzərdə tutulur.
Eləcə də bax: 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri - 8 FAİZDƏN ÇOX ARTIRILIR
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,7 faiz təşkil edəcək ki, bu da təsdiq olunmuş dövlət büdcəsindəki göstəricidən 0,8 faiz az olacaq. (Apa)