2025-ci ilin birinci rübündə dövlət büdcəsində 1,6 milyard manatdan çox profisit yaranıb.
Azərbaycanda minik avtomobil istehsalı 2 dəfədən çox artıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9733,4 milyon manat vəsait daxil olub. Bu dövrdə büdcədən 8115,0 milyon manat xərclənib. Nəticədə, büdcənin icrasında 1618,4 milyon manatlıq profisit qeydə alınıb.
Hesabat dövründə formalaşan bu profisit ümumi daxili məhsulun (ÜDM) 5,4 faizinə bərabərdir. Bu isə onu göstərir ki, büdcə gəlirləri xərcləri üstələyib və dövlət maliyyə idarəçiliyində sabit xətt tutmağa müvəffəq olub.