2022-ci ilin Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26,816 mlrd. manat, xərcləri isə 29,879 mlrd. manat həcmində nəzərdə tutulur.
Eləcə də bax: Gələn il ARDNF-in büdcəsində 2 milyard manatdan çox - KƏSİR YARANACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə görə, 2022-ci ilin dövlət büdcəsinin kəsiri 3,063 mlrd. manat səviyyəsində nəzərdə tutulur.
2022-ci ilin dövlət büdcəsinin gəlirlərinin 54,8-%-i və ya 14,690 mlrd. manatı neft sektorunun, 45,2%-i və ya 12,126 mlrd. manatı isə qeyri-neft sektorunun payına düşməsi nəzərdə tutulur.
2021-ci ilin gözlənilən göstərici ilə müqayisədə 2022-c ildə büdcənin neft sektorundan gəlirləri 6,6%, qeyri-neft sektorunda gəlirləri isə 4,1% artacaq.
Neft sektoru üzrə büdcə gəlirlərinin 86,5%-i və ya 12,710 mlrd. manatı Dövlət Neft Fondundan, 1,980 mlrd. manatı isə vergi orqanlarının neft sektor üzrə büdcə daxilolmalarının payında düşəcək.
Qeyri-neft sektoru gəlirlər üzrə isə 6,840 mlrd. manat Vergi xidmətinin xətti ilə qeyri-neft sektorundan daxilolmalara, qalanı isə Dövlət Gömrük Xətti ilə daxilolmaların, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxil olan vəsaitlərin, sair daxilolmaların, Təminat Fondundan transfertlərin və dövlət əmlakının icarəyə verilməsindən icarə haqqının payına düşüb.