Gələn il Dövlət Neft Fondunun gəlirlərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,4% çox - 10 589,7 milyon manat, xərclərinin isə 4,4% az - 12 755,7 milyon manat təşkil edəcəyi gözlənilir.
Eləcə də bax: Neft Fondunun 2022-ci il üzrə büdcə gəlir və xərcləri - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, Fondun büdcəsində 2 166 milyon manat kəsir yaranacaq.
2022-ci ildə ARDNF-dən dövlət büdcəsinə transfert 12 710 milyon manat təşkil edəcək, həmçinin Fond "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na 27,8 milyon manat, "Vətəndaşların xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı"na isə 17,9 milyon manat yönəldəcək.