Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2023- cü ilin yanvar-mart aylarında dövlət büdcəsinə 8 milyard 290 milyon manat vəsait daxil olub.
Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 23,5 MİLYARD DOLLARLIQ PROFİSİT
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, büdcədən 6 milyard 567 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 1 milyard 723 milyon manatlıq profisit (artıqlıq) yaranıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 5 milyard 877,6 milyon manat vəsait daxil olmuş, büdcədən 3 milyard 660,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 2 milyard 217,2 milyon manatlıq profisit yaranmışdı.
Qeyd edək ki, profisit növbəti aylarda xərclərə yönəldiləcəkdir. (Marja)