Dollar/yen məzənnəsi 150 səviyyəsini keçərək 1990-cı ildən bəri ən yüksək səviyyəsini test edib.
Eləcə də bax: Aparıcı valyutalar və qızıl ucuzlaşır - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, Yaponiyanın maliyyə naziri Shunichi Suzuki məzənnəni “diqqətlə” izlədiklərini bildirib.
Keçən ay dollar/yen məzənnəsi 145-i ötdüyü zaman Yaponiya hökuməti uzun müddət sonra ilk dəfə valyuta bazarına müdaxilə etdi (dollar satıb yen aldı). Bu müdaxiləyə baxmayaraq, dollar yen qarşısında bahalaşmağa davam edir.
Maliyyə Nazirliyində jurnalistlərə açıqlama verən Suzuki bəyan edib ki, hökumət mövcud siyasətə uyğun olaraq, valyuta bazarında yenin hərəkətinə "uyğun cavab verəcək".
Yaponiya Mərkəzi Bankının (BOJ) sədri Haruhiko Kuroda valyuta bazarında sabitliyin "çox vacib olduğu" çağırışını təkrar edərək, yenin ucuzlaşmasını kəskin və birtərəfli olaraq xarakterizə edib.
"Yenin bu ucuzlaşması şirkətlərin öz fəaliyyətlərini planlaşdırmalarını çətinləşdirir və iqtisadi perspektivdə qeyri-müəyyənlik yaradır. Bu, iqtisadiyyatımız üçün mənfi və arzuolunmaz vəziyyətdir", - Kuroda bildirib. (Marja)