Bu gün ABŞ dollarının indeksi altı əsas valyutanın daxil olduğu səbətə nisbətdə 92,274-ə bəndə enərək sentyabrın 2-dən bəri ən aşağı səviyyəyə düşüb.
Eləcə də bax: Bitkoin ildırım sürətilə bahalaşır - - 20 MİN DOLLAR OLA BİLƏR
FED.az xəbər verir ki, ABŞ-da mübahisəli keçən prezident seçkilərində səslərin sayılması prosesinin uzanması investorları valyutanın enəcəyinə yönələn proqnozlar verməyə sövq edib. Həftə ərzində dolların indeksi 1,7% azalaraq, son dörd ay ərzində ən kəskin həftəlik enişini yaşayıb.
Qeyd edilir ki, ABŞ-ın büdcə xərclərinin azalması gözləntiləri fonunda dövlət istiqrazlarının uzunmüddətli gəlirliyinin azalması və digər riskli aktivlərin volatilliyi dolları davamlı təzyiq altında saxlayır və proqnozlara görə, hələ də saxlayacaq.
ABŞ dollarının məzənnəsini səbətdəki altı əsas valyutaya qarşı ayrılıqda nəzərdən keçirsək, hazırda dollar 1,876 avroya, 103,35 yenə, 1,1318 funt sterlinqə, 1,3072 Kanada dollarına, 0,8999 İsveçrə frankına və 0,7256 Avstraliya dollarına ticarət olunur. (Apa)