Dolların dünya valyutalarına nisbətdə müəyyən dəyişkənliyi heç də onun çökmək üzrə olduğu demək deyil.
FED.az xəbər verir ki, ekspertlərin bildirdiklərinə görə, bu gün dollar imperiyasının sonu haqqında danışmaq tezdir, çünki dünya valyuta ehtiyatlarının təxminən 60%-i bu valyutada cəmləşib.
Rusiya dolları saxlaya bilmədi – DOLLAR VƏ AVRO BAHALAŞIR
Ekspertlərin sözlərinə görə, dollar bir neçə səbəbə görə möhkəm qalır. Birincisi, dünya valyutası kimi bir pul vahidinin olması daha əlverişlidir. Müsbət rəy burada işləyir: "əgər əksəriyyət dollardan istifadə edirsə, mənim üçün də dollardan istifadə etmək faydalıdır".
İkinci səbəb - dünya valyutasının arxasında böyük iqtisadiyyat dayanmalıdır. ABŞ Dollarının arxasında Dünyanın ən böyük iqtisadiyyatı dayanıb. Yapon yeni lider ola bilməz, çünki Yaponiyanın ÜDM-i dünya iqtisadiyyatının cəmi 6%-ni təşkil edir.
Üçüncü səbəb odur ki, əsas dünya valyutası sabit olmalıdır. Bu isə o deməkdir ki, belə valyutanın etibarlı və sabit tarixi olmalıdır.
Bu 3 səbəbə görə, yaxın 5-10 ildə dolların başqa valyuta ilə sıxışdırılmasını çətin gözləmək olar, lakin bu o demək deyil ki, ölkələr sərfəli alternativlərdən imtina edəcəklər. (Marja)