Orta Şərqdəki münaqişənin enerji qiymətlərini yüksəltməsi və investorları dünyanın əsas ehtiyat valyutasına yönəltməsi nəticəsində dollar 2024-cü ilin oktyabrından bəri ən yaxşı ayını başa vurmağa yaxındır.
ABŞ dollarının üzərində Trampın imzası olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təhlükəsiz liman axınlarının təsiri ilə Bloomberg Dollar Spot Index bu ay təxminən 3 faiz yüksəlib.
Qlobal enerji bazarlarında yaranan pozuntular, xüsusilə Hörmüz Boğazının bağlanması investorları dollara yönəldib. Dünyanın ən böyük neft istehsalçısı olan Amerika Birləşmiş Ştatlarının mövqeyi də qlobal enerji qiymətlərinin artması və qlobal iqtisadi artım gözləntilərinin azalması fonunda valyutanı dəstəkləyib.
Qlobal iqtisadi artım gözləntilərinin zəifləməsi ilə dollar təhlükəsiz "liman" axtarışı nəticəsində bahalaşır.
İlin əvvəlində dollarla bağlı mənfi proqnozlar verən və aralarında JPMorgan və Goldman Sachsın da olduğu bəzi Wall Street bankları indi ABŞ valyutasına münasibətdə mövqelərini yenidən qiymətləndirirlər. Qlobal risklər və gündəlik xəbər axını proqnozların yenilənməsini olduqca çətinləşdirir. (Marja)











