OPEC+un üzvü olan əsas neft ölkələrinin hasilatlarını könüllü olaraq azaldacaqları barədə sürpriz qərarlarından sonra, ABŞ Dolları yenidən bahalaşır. qərar nefti bahalaşdırdığı üçün inflyasiya narahatlıqları yenidən artıb və bu ABŞ Mərkəzi Bankının (FED) növbəti iclasında faiz dərəcələrini daha da artırmasına səbəb ola bilər.
Rusiyada dolların məzənnəsi son bir ildə – ƏN YÜKSƏK HƏDDƏ QALXIB
FED.az xəbər verir ki. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və onun müttəfiqlərinin açıqlaması cümə günü ABŞ-da istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) fevral ayında bəzi soyuma əlamətlərini göstərməsindən sonra bəyan edilib.
Dollar Avro, Yapon yeni, Sterlinq daxil əsas valyutalar qarşısında dəyər qazanıb.
Dollar İndeksi 0,5% artaraq 103 bəndə çatıb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
OPEC+un ixtisarları bazar ertəsi neftin qiymətinin 6% artmasına səbəb olub. Neftin qiyməti bu gecə 86,20 dolları görüb.
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.Bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər. (Marja)