Dünyada devalvasiya riski yüksək olan valyutalar açıqlanıb.
Eləcə də bax: Ukrayna valyutasını - DEVALVASİYA ETDİ
FED.az xəbər verir ki, həddən artıq yüksək inflyasiya Latın Amerikasının iki ölkəsində milli valyutanın ciddi şəkildə devalvasiyasına səbəb ola bilər.
Bu barədə «BKS Mir investisiy» şirkətinin fond bazarı üzrə eksperti Yevgeni Mironyuk bildirib.
Onun sözlərinə görə, söhbət Braziliya və Argentinadan gedir. Belə ki, Braziliyada artıq ardıcıl olaraq 10-cu aydır ki, ikirəqəmli (10-dən artıq) inflyasiya qeydə alınır. Özü də sərt siyasətə baxmayaraq bir il əvvəl Braziliya valyutası olan real 5% devalvasiya olmuşdu.
Argentina pesosunun məzənnəsi də kəskin enmə yaşayır, hazırda məzənnə 1 dollar 130 peso ətrafındadır. «Qara bazar»da isə dollar bundan 2-3 qat bahadır və hazırda nağd dolları yalnız «qara bazar»da almaq mümkündür
Argentina Mərkəzi Bankı milli valyutanın ucuzlaşmasını qabaqlamaq üçün uçot dərəcəsini 52%-ə qaldırıb, baxmayaraq ki, ölkədə 64%-lik inflyasiya var.
Xatırladaq ki, iyulun 21-də Ukraynada devalvasiya olub. Ukrayna Mərkəzi Bankının qərarı ilə burada dolların qrivnaya nəzərən məzənnəsi 25% artırılıb.
Nəticədə 1 dolların məzənnəsi 29,25 qrivnadan 36,56 qrivnaya yüksəlib.