Almaniyanın ən böyük banklarından olan “Deutsche Bank” Ukraynada baş verənlər fonunda Rusiyada qalan biznesini bağladığını açıqlayıb.
Eləcə də bax: Dünyanın böyük bankları Rusiya bazarını - TƏRK EDİR
FED.az xəbər verir ki, bank eyni zamanda Rusiyada yeni layihələrdə iştirak etmək niyyətində deyil.
“Bəzi beynəlxalq rəqiblərimiz kimi, biz də qanuni və tənzimləyici tələblərə uyğun olaraq qalan işimizi bağlamaq prosesindəyik”, - bankın açıqlamasında deyilir. (Qafqazinfo)