“Bələdiyyələrin hesabatlılığının gücləndirilməsinə ehtiyac var”.
Bələdiyyələrin xərclərinə nəzarət yeni qaydada həyata keçiriləcək
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı aparılan müzakirədə bildirib.
“Bələdiyyələrin bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında hesabatlı olması vacibdir. Könüllü olaraq media vasitəsilə məlumatların ictimaiyyətə çatdırılması yaxşı olardı. Bu bir sıra ölkələrdə məcburidir. Bələdiyyələrin internet portalları yaradılmalıdır. Hesabatın internet üzərindən ictimaiyyətə çatdırılması lazımdır. Belə olanda vətəndaş da bilir ki, onun bələdiyyəyə ödədiyi vəsait necə xərclənir. Bu da şəffaflığın təmin olunması üçün mühüm addım olacaq”, - deyə V.Bayramov qeyd edib.