Bələdiyyələrin xərclərinə nəzarət yeni qaydada həyata keçiriləcək.
Azərbaycanda bələdiyyələrin sayı yarıdan çox azaldılır
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq. Bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək və müvafiq ödənişlər ödəniş xidməti vasitəsilə təmin ediləcək.