Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlakı icarəyə verir.
Eləcə də bax: Bankın Şəkidəki daşınmaz əmlakı 1.3 milyon manata - SATIŞA ÇIXARILIR
FED.az xəbər verir ki, 14 sentyabr 2022-ci il tarixində saat 12:00-da Əmanətlərin Sığortalanması Fondunda ləğv prosesində olan QSC “Bank Standard” KB-yə məxsus daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı auksion keçiriləcəkdir.
Yerləşdiyi ünvan: Ağcabədi rayonu, Rəncbərlər kəndi;
Təyinatı: Əmlak kompleksi kimi müəssisə;
İcarə obyektinin texniki vəziyyəti barədə məlumat (daşınmaz əmlak olduqda, ümumi sahəsi daxil olmaqla):
Ümumi sahəsi: 1300 kv.m (ümumi sahənin bir hissəsi);
Qeyri-yaşayış sahəsi: 1300 kv.m (ümumi sahənin bir hissəsi);
Təmir vəziyyəti: orta təmirli;
Auksionda iştirak barədə ərizələrin qəbulunun:
başlanğıc tarixi: 12.08.2022;
bitmə tarixi: 14.09.2022;
başlanğıc saatı (Bakı saatı ilə): 10.00;
bitmə saatı (Bakı saatı ilə): 17.00;
yeri: Bakı şəhəri, Xətai rayonu, Babək pr.,16, mərtəbə 1, otaq 113;