İraq 17 ildən sonra yenidən milli valyutasının – dinarın dəyərini azaltmağa qərar verdi.
FED.az xəbər verir ki, İraq iqtisadiyyatı stimullaşdırmaq üçün İraq dinarını 20% dəyərdən saldı. Beləliklə, devalvasiya qərarı ölkədə 2003-cü ildən bəri ilk dəfə qəbul edildi.
2020-ci ildə ən çox devalvasiyaya uğrayan - DÜNYA VALYUTALARI
İraq iqtisadiyyatını stimullaşdırmaq və yerli istehsal və özəl sektoru daha da aktivləşdirmək üçün valyuta İraq dinarını yüzdə 20 dəyərdən salmağa qərar verdi.
Belə ki, bu günədək İraqda rəsmi məzənnəyə görə 1 ABŞ dolları 1190 dinara dəyişdirilirdi. İndi isə bu məbləğ 1450-1460 dinara yüksələcək.
Koronavirusa görə devalvasiyaya uğrayan MDB ölkələrinin valyutaları - SİYAHI
İraq Maliyyə Naziri Əli Əlləvinin dövlət televiziyasında verdiyi açıqlamaya görə, neft satışından əldə olunan ehtiyatlara nəzarət edən İraq Maliyyə Nazirliyi, dolları İraq Mərkəzi Bankına 1 dollar 1 450 dinar məzənnəsi ilə satacaq. İraq Mərkəzi Bankı isə dolları yerli banklara maksimum 1460 məzənnəsi ilə satacaq.
Daha bir ölkə - Devalvasiyaya Gedir
Əlləvi bildirib ki, bu addımı öz valyuta ehtiyatlarının əriməsinrin qarşısını almaq üçün atır. Koronavirus neftə tələbatı və qiymətləri aşağı salmaqla İraqın gəlirlərini də kəskin azaldıb. Nazir bildirib ki, devalvasiya olmasaydı valyuta ehtiyatları cəmi 6-7 aya kifayət edəcəkdi.
Devalvasiya olmasaydı büdcə kəsmiri də 2021-ci ildə 100 trilyon dinara, yəni 84 milyard dollara çata bilərdi.
İş o yerə çatıb ki, ötən ay İraq hökuməti satdığı neftə görə, qabaqcadan ödəmə tələb etməyə başlayıb.
BVF-nin proqnozlarına görə, İraq iqtisadiyyatı 2020-ci ildə 12% azalacaq. Fond ölkənin büdcə kəsirinin milli gəlirə nisbətinin 22% olacağını proqnozlaşdırdı.