Fevralın 29-dan martın 31-nə qədər MDB ölkələri dollara qarşı ən ciddi azalma göstəriblər.
Eləcə də bax: Qazaxıstanda dollar durmadan - BAHALAŞIR
FED.az xəbər verir ki, ən böyük ucuzlaşmanı gürcü larisi (-15,04%) nümayiş etdirib. Onun ardınca, qazax tengəsi (14,93%), belarus rublu (13,96%), rus rublu (-13,82%), qırğız somu (13,56%) və Ukrayhna qrivnası (-12,47%) nümayiş etdirib.
MDB ölkələri arasında milli valyutası nisbətən az ucuzlaşan isə erməni dramı (5,13%), tacik somonisi (-5,1%), Moldova leyi (2,2%) və özbək sumu (-0,29%) sayılır.
Azərbaycan və türkmən manatı bu müddət ərzində stabil qalıb. Valyuta kurslarının ucuzlaşmasına səbəb neft qiymətlərinin enməsi, koronavirus pandemiyası və qarşıdan iqtisadi böhranın gəlməsidir.
Modern