Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.
Eləcə də bax: Qiymətləndiricilər Cəmiyyətinin rəsmiləri QHT Agentliyi ilə görüşüb - FOTOLAR
AQC İctimaiyyətlə Əlaqələr Departamentindən FED.az-a verilən məlumata görə, toplantıda avqust ayı ərzində cəmiyyətin gördüyü işlər, qarşıda nəzərdə tutulan layihələr, yeni üzvlərin qəbulu və cari mövzular müzakirə olunub.
İclasda Cəmiyyətin rəhbəri Vüqar Oruc bildirib ki, AQC sıralarına daha dörd qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib. «Real Prays», «Azər Biznes Konsaltinq», «AECS» MMC və «Praqma» MMC qiymətləndirmə şirkətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv qəbul edilib.
ACQ sədrinin sözlərinə görə, sentyabr ayından etibarən qurum fəaliyyətini genişləndirəcək: «Dövlət, özəl və üçüncü sektorla təmasların artırılması, digər assosiativ qurumlarla əlaqələr və digər istiqamətlər üzrə fəaliyyət planımız artıq hazırdır. Qısa müddət ərzində digər istiqamətlərdə də fəaliyyət planları hazırlamağı nəzərdə tuturuq».
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkədə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 50-dən artıq qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycanda qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. Bu ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.