"Mən Mərkəzi Bankın sədri təyin olunandan bugünədək Azərbaycanda investisiya şirkəti fəaliyyəti üzrə iki şirkət ilə görüş və müzakirlər olub".
Eləcə də bax: Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi davam edir - 967 MİLYON DOLLAR
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onu sözlərinə görə, görüşlər zamanı bazarın vəziyyəti, şirkətlərin ümumi strateji planları müzakirə edilib.
"Lakin lisenziyanın alınması üçün müraciət olmayıb",- Kazımov əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 13 hüquqi şəxsin investisiya şirkəti fəaliyyəti üçün lisenziyası var.