Tədiyə balansının yüksək pofisiti və Manata tələbin artması ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alışyönümlü müdaxiləsini davam etdirir (dollar alıb, manat satır).
Eləcə də bax: Təcili: Mərkəzi Bank faiz qərarını açıqladı - FAİZ DƏRƏCƏSİ ARTIRILDI
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib ki, bu il Mərkəzi bank, 27 oktyabradək 967 milyon dollarlıq alışyönümlü əməliyyat reallaşdırıb.
Taleh Kazımov qeyd edib ki, valyuta hərraclarında vəsait satan Dövlət Neft Fondunun qənaəti də kifayət qədər böyükdür. Fond 27 oktyabradək 820 milyon dollar qənaət edib.