“Caucasus Ventures” vençur fondunun coğrafiyası kiçik deyil. Biz Qafqaz regionu, Şərqi Avropa və Orta Asiya ölkələrini nəzərdə tutmuşuq.
Eləcə də bax: Dövlət və “Paşa Holdinq" yeni layihəyə başladı - 11 MİLYON MANATLIQ FOND YARADILDI
FED.az xəbər verir ki, bunu “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim bildirib. Onun sözlərinə görə, bu coğrafiya genişlənə bilər.
“Pakistandan Macarıstana qədər olan coğrafiya bizim coğrafi mandatımızı əhatə edir. Biz hal-hazırda 2 trilyon dollar ÜDM-i olan, 200 milyon əhalisi olan coğrafiyadan danışırıq, bu coğrafiya böyüməkdə olan coğrafiyadır və hesablasaq 10-a yaxın “unicorn” (vençur kapitalı sənayesində dəyəri 1 milyard dollardan çox olan özəl startap şirkəti – red.) çıxır. Bunun da böyük hissəsi Türkiyənin payına düşür. Bu coğrafiya bizim üçün maraqlıdır. Azərbaycanın bu coğrafiyalarda investisiyaları olub, tərəfdaşları var, ona görə biz bu coğrafiyada uğurlu olacağımızı düşünürük”, - deyə fondun sədri bildirib.
M.Kərim fondun hədəfləri haqqında da danışıb:
“Biz aşağı faiz göstərici olan bazarlara inanırıq. Bu ötən il 55% idi, indi 67%-dir. Biz böyüyən bazarlara xitab edirik və layihələrimiz də böyüyən bazarda baş verəcək. Fondun investisiya qoyacağı məbləğ 10 milyon manata yaxın olacaq. Təxminən növbəti 5-7 il ərzində 50 startapa investisiya qoymaq niyyətimiz var. Bunu mərhələlərə bölmüşük”. (Apa)