2024-cü ildə cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar və ya ÜDM-in 6,3%-ni təşkil edib.
"Cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən illə müqayisədə 11,9% azalaraq 15,1 milyard dollar təşkil edib. Eyni zamanda, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri 18,5% artaraq 10,4 milyard dollara yüksəlib.