Cari ilin 9 ayında cari əməliyyatlar balansında (CƏB) 3 milyard dollarlıq profisit formalaşıb.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, bu dövrdə cari əməliyyatlar balansında formalaşan profisit ümumi daxili məhsulun (ÜDM) 5,4 faizini təşkil edib: "Bu makroiqtisadi sabitlik üçün əhəmiyyətli sayılmalıdır".










