Azərbaycanın strateji valyuta ehtiyatları 81,5 milyard dollara bərabər olub.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 milyard dollar artıb.










