“Fitch Ratings” kredit reytinq agentliyi ABŞ-ın reytinqini “AAA”dan “AA+” səviyyəsinə endirməsindən sonra ABŞ-ın maliyyə naziri Canet Yellen buna sərt reaksiya verib.
ABŞ-ın kredit reytinqi endirildi - Son 12 ildə ilk dəfədir
FED.az xəbər verir ki, Yellen Virciniya ştatında qatıldığı proqramda ölkə iqtisadiyyatının pandemiyadan sonra tarixi bir canlanma yaşadığını bildirib.
"2021-ci ilin yanvar ayından bu yana ölkədə 13 milyondan çox yeni iş yerinin açıldığına diqqət çəkən Yellen, işsizlik səviyyəsinin tarixi minimuma yaxın olduğunu da qeyd edib. O bildirib ki, ölkədə inflyasiya il ərzində hər ay azalır, ABŞ iqtisadiyyatı böyüməyə davam edir.
Yellen, Fitch-in qərarının ABŞ-da görülən iqtisadi gücü nəzərə alaraq başa düşməyin çətin olduğunu ifadə edərək, "Fitchin qərarı ilə qətiyyən razı deyiləm və bunun tamamilə əsassız olduğuna inanıram" deyə vurğulayıb: "Fitch-in "səhv" qiymətləndirməsi köhnəlmiş məlumatlara əsaslanır, bu qərar son iki il yarımda görülən bir sıra göstəricilərdəki inkişafı əks etdirməyib".
O əlavə edib ki, Fitch-in qərarı hər kəsin bildiyi şeyi dəyişmir: "Xəzinə istiqrazları dünyanın aparıcı təhlükəsiz və likvid aktivi olaraq qalır və Amerika iqtisadiyyatı əsas etibarilə güclüdür". (Apa)