Koronavirus pandemiyasının nəticələri iyun ayında qiymətləndiriləndən bir o qədər də ciddi olmaya bilər.
FED.az xəbər verir ki, bunu onlayn brifinq zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) mətbuat katibi Cerri Rays (Jerry Rice) deyib.
Eləcə də bax: BVF Avrozona iqtisadiyyatı üzrə - PROQNOZUNU YENİLƏYİB
"Daxil olan son məlumatlar, iqtisadiyyatın qismən bərpa olunmağa başladığını nəzərə alaraq, pandemiyanın nəticələrinin iyunun 24-də yenilənmiş proqnozlarda göstərildiyindən bir qədər az ciddi olacağını göstərir", - deyə C. Rays bildirib.
Fondun rəsmisi Çin üzrə II rübün nəticələrini xüsusilə vurğulayıb və bir sıra digər inkişaf etmiş iqtisadiyyatların göstəricilərinin iyun ayındakı proqnozdan daha yaxşı olduğunu bildirib: "Qlobal ticarətin yavaş-yavaş bərpa olunduğunu göstərən əlamətlər də müşahidə olunur. Buna baxmayaraq, inkişaf etməkdə olan bazarlar üçün vəziyyət çətin olaraq qalır".
Onun sözlərinə görə, yeni korrektə edilmiş proqnoz oktyabrın 13-də dərc olunacaq. (Apa)