Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Avrozonada real ÜDM istehsalı 9,3% azalacaq.
Eləcə də bax: "Bloomberg": Pandemiya dünyada ağır iqtisadi fəsadlara yol açacaq
FED.az xəbər verir ki, bu barədə öz məqaləsində BVF-nin Avropa departamentinin direktoru Poul Tomsen qeyd edib.
Onun sözlərinə görə, gələn il Avrozona iqtisadiyyatı 5,7% artacaq və 2022-ci ildə 2019-cu ilin səviyyəsinə qayıdacaq. P. Tomsen əlavə edib ki, COVID-19 virusunun müalicə yolu tezliklə tapılsa, iqtisadiyyatın bərpası sürətlənə bilər.
Qeyd edək ki, BVF-nin iyunun 24-də dərc etdiyi əvvəlki proqnozda bu il Avrozonada iqtisadi azalma 10,2%, 2021-ci ildə isə artım 6% təşkil etməli idi. (Apa)