Beynəlxalq Valyuta Fondu (BVF) baş direktoru Kristalina Georgiyeva COVID-19 pandemiyası dövründə ölkələrin borc problemlərini həll etmək üçün mühüm addımların atılmasının lazım olduğunu bildirib və bu məsələ ilə bağlı bir neçə təklifin olduğun vurğulayıb.
FED.az xəbər verir ki, K. Georgiyeva qeyd edib ki, ötən həftə G20 ölkələri tərəfindən razılaşdırılmış azgəlirli ölkələrin kreditinin dondurulmasını altı ay uzadılması məhz sözügedən addımların sırasına daxildir, lakin daha təcili tədbirlər tələb olunur: "Kreditorlar arasında daha yüksək borc şəffaflığına və daha çox koordinasiyaya getməliyik. G20-nin "Suveren Borcların Tənzimlənməsinin Ortaq Əsasları" mövzusundakı müzakirələri və özəl sektorun iştirakı da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı tənzimlənmə çağırışı bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə onların siyasətlərini dəstəkləyirik".
Bundan əlavə, BVF-in baş direktoru kreditorları və borc alan ölkələri kreditlərin restrukturizasiyasını məhz borc səviyyəsi qəbuledilməz olduğu ölkələrdən başlamağa çağırıb. (Apa)