Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin yekunlarına əsasən Azərbaycanın birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbətinin 20,1% təşkil edəcəyini proqnozlaşdır.
Məlumata görə, bu barədə BVF-nin "Fiscal Monitor" adlı hesabatının oktyabr buraxılışında deyilir.
Fondun məlumatına görə, 2021-ci ildə bu göstəricinin bir qədər azalaraq 20% təşkil edəcəyi gözlənilir.
BVF-nin uzunmüddətli gözləntilərinə əsasən, ölkənin birbaşa xarici dövlət borcunun ÜDM-ə nisbəti 2022-ci ildə – 21,4%, 2023-cü ildə – 23,6%, 2024-cü ildə – 23,6%-ə, 2025-ci ildə isə 26,2%-ə bərabər olacaq.
Qeyd edək ki, proqnozlar ölkədə mövcud olan maliyyə siyasətinin qiymətləndirilməsinə əsaslanır.
Xatırladaq ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 8,32 mlrd. ABŞ dolları və ya ÜDM-in 17,3%-ni, ümumi xarici dövlət borcu isə 9,091 mlrd. dollar və ya ÜDM-in 18,9%-ni təşkil edib. (APA)